Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanlı yeni milyarder Zaur Mişiyev məşhur şirkəti aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı yeni milyarder Zaur Mişiyev məşhur şirkəti aldı

Moskvada məşhur “Mosxoztorq” mağazalar şəbəkəsinin nəzarət səhm paketi “Falcon Home Distribution” şirkətinə keçib.

 

Reklam_3_11

“Vedomosti” nəşrinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyestrinin məlumatında verilib.

 

Bildirilir ki, mağazalar şəbəkəsinin 50,5 faizi Bolqarıstanın paytaxtı Sofiyada qeydiyyatdan keçmiş “Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir. Həmin şirkətin sahibi isə Azərbaycan vətəndaşı Zaur Mişiyevdir.

 

Məlumata görə, “MXT” MMC 2018-ci ildə Sofiyada qeydiyyatdan keçib, cari ilin iyunun 17-dən isə döşək ağlarının, ayaqqabı, tekstil, mebel və ərzaq mallarının satışı ilə məşğul olan “Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir. 

 

Bundan öncə 50,5 faizlik səhm paketi Veronika Kuryanovanın mülkiyyətində olub. Sözügedən şirkətin digər səhmləri, yəni 39,5 faizi İlya Polyaçkov və 10 faizi isə İlya Traber arasında bölünüb.

 

Qeyd edək ki, ev, bağ evləri, bağça və məişət üçün əşyaların satışı üzrə ixtisaslaşan “Mosxoztorq” mağazalar şəbəkəsi Moskvada 2015-ci ildən fəal şəkildə inkişaf etməyə başlayıb,  Rusiya paytaxtında 36 mağazası var.

 

Şəbəkə ötən ilin dekabrında əsasən şəhərin mərkəzindəki mağazalarını bağlamağa başlayıb. Bunun səbəbi kimi icarə haqlarının yüksək olması göstərilib.

 

Hərçənd 2017-ci ildə “MXT” MMC-nin hasilatı 2.25 milyard rubl təşkil edib, 2016-cı ildə isə bu rəqəm 1.28 milyard rubl idi. Beləliklə, şirkətin təmiz gəliri bir ilə az qala iki dəfə artıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Qafqazinfo, 

27.06.2019 09:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ