Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankın kreditlərində xüsusi güzəştlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın kreditlərində xüsusi güzəştlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Müştərilərin daha sərfəli və rahat şərtlərlə kredit istəyini nəzərə alan Azərbaycan Beynəlxalq Bankı yay fəslinin başlanğıcında yeni kampaniya elan edib.

 

Reklam_3_11

“Belə krediti götürərlər!” devizi ilə keçirilən kampaniya çərçivəsində bankın əməkhaqqı və pensiya kartına sahib hər kəs nağd pul kreditini indi bankdan cəmi 18%-dən başlanan illik faiz dərəcəsi ilə və 15.000 manatadək zaminsiz ala bilər. Azərbaycan Beynəlxalq Bankından ilk dəfə kredit alan müştərilərə isə bank xüsusi güzəştlər nəzərdə tutur. İllik faizlərin aşağı olmasından əlavə, kreditin həm də uzun müddətə verilməsi müştərilərin aylıq ödəniş məbləğlərinin azalmasına və aylıq borcların heç bir çətinlik çəkmədən ödənilməsinə şərait yaradır. 

 

Kampaniyanın özəllikləri:

 

-  Kreditin məbləği - 20.000 manatadək

- Kreditin müddəti - 60 ayadək

-  İllik faiz dərəcəsi -  18%-dən başlayaraq

-  Kredit 15000 manata qədər olduqda - ZAMİNSİZ

 

Kampaniya 30 avqust tarixinə qədər davam edəcək.

 

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın İBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının “28 Mall” və “Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

27.06.2019 12:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ