Mobil manşet üstü reklam-3_21

Dövlət şirkəti ilk dəfə Gürcüstana məhsul ixrac edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət şirkəti ilk dəfə Gürcüstana məhsul ixrac edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyi"nə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC ötən həftə ilk dəfə Gürcüstana məhsul ixrac edib.

 

Bu barədə qurumun Mətbuat katibi Mayis Musayev deyib.

 

Onun sözlərinə görə, bu, 51 ton soğan olub. 

 

“Hazırda Gürcüstana başqa məhsulların ixracı üzərində iş gedir. Sözügedən ixrac sınaq olaraq həyata keçirilib. Növbəti mərhələdə əlavə məhsullar da ixrac olunacaq. İndiyə qədər isə şirkət Rusiyaya, Ukraynaya, BƏƏ-yə müxtəlif məhsulların ixracını həyata keçirib", - o qeyd edib. 

 

Xatırladaq ki, "Dövlət Aqrar Ticarət Şirkəti" 8 iyun 2018-ci il tarixində təsis edilib. Şirkətin əsas məqsədi kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətini artırmaq və satışına dəstək məqsədilə maarifləndirmə tədbirləri keçirmək, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasını təşkil etmək, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək göstərmək, Strateji Yol Xəritəsindən irəli gələn tədbirlərin icrasını təmin etmək, son nəticədə fermerlərin sosial rifahının artırılmasına xidmət etməkdir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

27.06.2019 12:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ