Sabah Bakıda Beynəlxalq Sığorta Forumu keçiriləcək - GÜNDƏLİK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah Bakıda Beynəlxalq Sığorta Forumu keçiriləcək - GÜNDƏLİK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

28 iyun 2019-cu il tarixində saat 09:00-dan etibarən Hilton Bakı Otelində “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu keçiriləcəkdir.

 
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, tədbir zamanı Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

 

Forum çərçivəsində Azərbaycanın sığorta bazarındakı mövcud vəziyyət və investisiya imkanları, icbari sığorta bazarı, sığortalıların imkanlarının və hüquqlarının genişləndirilməsi, tibbi sığorta sahəsində dayanıqlı ekosistemin qurulması, Azərbaycanda sığorta təminatının təkmilləşdirilməsi, o cümlədən sığorta bazarında rəqəmsal texnologiyaların tətbiqi və digər mövzular üzrə ətraflı məlumatlar təqdim olunacaq, panel müzakirələr aparılacaqdır.

 

Bununla yanaşı, İcbari Sığorta Bürosu tərəfindən sığorta hadisələrinin idarə edilməsi sisteminin (HİS) təqdimatı keçiriləcəkdir.

27.06.2019 13:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ