Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank tələbələrarası müsabiqənin qaliblərini mükafatlandırıb

® AccessBank-ın keçirdiyi tələbələrarası müsabiqəsinin qalibləri müəyyənləşib.


Qeyd edək ki, müsabiqəyə müxtəlif ali təhsil müəssisələrinin 500-dən çox tələbəsi 130-a yaxın komanda şəklində onlayn formada qoşulub. Müraciətlər qiymətləndirildikdən sonra 12 komanda növbəti mərhələyə keçid alıb.


Həmin komandaların üzvləri AccessBank-ın baş ofisində marketinq və mobil bankçılıq mövzularında keçirilən təlimlərdə iştirak ediblər. Final günü isə komandaların hazırladığı yekun təqdimatlar qiymətləndirilib. Bankın əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə nəticəsində Lomonosov adına Moskva Dövlət Universitetinin Baki filialının "2Cool4" komandası birinci yeri tutub. İkinci və üçüncü yerlərə isə UNEC-in "ParadISE" və "Accessories" komandaları layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, "2Cool4" komandasına 1000 AZN, "ParadISE" və "Accessories" komandalarına isə müvafiq olaraq 600 və 400 AZN məbləğində pul mükafatları verilib.


Bununla yanaşı, ilk üç yeri tutan komandaların üzvləri bankda təcrübə keçmək imkanı qazanıb.

27.06.2019 14:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ