Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Subsidiyalarda yeni qayda - TƏSDİQ EDİLDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Subsidiyalarda yeni qayda - TƏSDİQ EDİLDİ

Prezident İlham Əliyev "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Fərman  imzalayıb.

 

"Marja" xəbər verir ki, Fərmana əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilib. Qayda ilə buradan tanış ola bilərsiniz.

 

Qaydaya əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilib.

 

Fərmana görə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Subsidiya” informasiya sisteminin yaradılmasını və təsdiq edilmiş Qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etməlidir. 

 

Həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla “Subsidiya” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli,

 

kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentlərini beş ay müddətində təsdiq etməlidir. 

27.06.2019 15:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ