Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“SOCAR AQŞ” “Günəşli”də quyunu 1.5 dəfə az müddətə qazaraq təhvil verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR AQŞ”  “Günəşli”də quyunu 1.5 dəfə az müddətə qazaraq təhvil verib

“SOCAR AQŞ” şirkəti “Günəşli” yatağında 7 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 2660 m olan 342 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından xeyli əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

 

Reklam_3_11

Əməliyyatların Səmərəliyinə Nəzarət şöbəsinin müdiri Oktay Bağırov bildirib: “Yeni nəsil qazma avadanlığı “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyu Balaxanı lay dəstəsi –X  horizonta keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilib. Quyunun faktiki kommersiya sürəti 1698m/dəzgah/ay təşkil edib. Bu rəqəm özlüyündə quyu tikintisinin təhlükəsiz aparıılmasının və qazmanın optimallaşdırılmasının nəticəsidir ki, sifarişçinin təyin etdiyi vaxtdan 1.5 dəfə az müddətə quyu qazılaraq təhvil verilmiş və yüksək iqtisadi səmərə əldə edilmişdir’”.

 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

 

Xartırladaq ki, “SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

 

Hal-hazırda SOCAR AQŞ dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

 

“SOCAR AQŞ”nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.

28.06.2019 06:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ