Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Bakcell"in “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakcell"in “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

® Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, şirkətin “Ulduzum” loyallıq proqramı çərçivəsində abunəçilərə endirim və əlavə fürsətlər təqdim edən partnyorların sayı 300-ü keçib.

 

Reklam_3_11

Qeyd edək ki, öz abunəçilərini eksklüziv endirim və üstünlüklərlə təmin etmək məqsədilə Bakcell ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirir. “Ulduzum” proqramı artıq 300-dən çox tərəfdaş vasitəsilə Bakcell abunəçilərinə 500-dən artıq satış və xidmət nöqtəsində yüzlərlə maraqlı təklifdən yararlanmaq imkanı yaradır. Proqramın geniş partnyor şəbəkəsinə populyar restoranlar və geyim dükanları, aparıcı kinoteatrlar, elektronika dükanları, tibbi, gözəllik, idman və əyləncə mərkəzləri, banklar, kabel televiziyaları, taksi və beynəlxalq çatdırılma xidmətləri və hətta aviaşirkətlər daxildir.

 

Bakcell 2 il bundan əvvəl özünün “Ulduzum” loyallıq proqramının partnyor siyahısına Türk Hava Yollarının “Miles & Smiles” proqramını daxil edən ilk şirkətlərdən olub. Belə ki, “Ulduzum” istifadəçiləri mobil rabitə xidmətlərinə xərclənən hər 1 manata 3 milə qədər qazanmaq imkanına malikdirlər.

 

Bakcell şirkətinin həyata keçirdiyi “Ulduzum” loyallıq proqramının əsas məqsədi abunəçilərə təkcə endirim və üstünlüklər təqdim etmək yox, onların gündəlik həyatına rahatlıq gətirmək, eyni zamanda loyallıq, etibar və şəffaflıq üzərində qurulmuş münasibətləri möhkəmləndirməkdir.

 

Hər bir Bakcell abunəçisi “Ulduzum” proqramından yararlana bilər. Xüsusi təklif və eksklüziv endirimlərdən faydalanmaq üçün abunəçi xüsusi mobil tətbiqetmə vasitəsilə, telefonda *5555#YES kodunu yığmaqla və yaxud * işarəsini 5555 nömrəsinə SMS vasitəsilə göndərməklə “Ulduzum” kodunu əldə etməlidir. Əldə olunmuş kod alış-veriş və yaxud xidmətlərin ödənilməsi zamanı təqdim edilməlidir. Proqram barədə ətraflı məlumat üçün www.ulduzum.az səhifəsinə daxil olun.

28.06.2019 09:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ