Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Subsidiyanın məbləği bitkidən və məhsuldarlıqdan asılı olaraq dəyişəcək - YENİ QAYDALAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Subsidiyanın məbləği bitkidən və məhsuldarlıqdan asılı olaraq dəyişəcək - YENİ QAYDALAR

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsi qaydası dəyişir.

 

Hazırda yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində subsidiya ödənilir.

 

"Marja" Qaydalara istinadən xəbər verir ki, gələn ildən kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və “Subsidiya” informasiya sistemində (SİS) qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxslər dövlətdən subsidiya ala biləcəklər. Fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxsdir.

 

Fermerlər əkin subsidiyası, məhsul subsidiyası, toxum subsidiyası, heyvan subsidiyası, arı subsidiyası barama subsidiyası ala biləcəklər.

 

YANACAQ VƏ MOTOR YAĞLARINA GÖRƏ SUBSİDİYA VERİLMƏYƏCƏK

 

Qaydalara görə, Əkin subsidiyası – fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Kənd təsərrüfatı istehsal vasitələri dedikdə mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid başa düşülür. Başqa sözlə, gələn ildən yanacaq və motor yağlarına görə subsidiya verilməyəcəkdir.

 

HƏR TONA GÖRƏ SUBSİDİYA VERİLƏCƏK

 

Məhsul subsidiyası isə - tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiyadır.

 

Bitkiçilik sahəsində subsidiyaların (əkin və məhsul üçün) hesablanmasında baza məbləğindən və əmsalardan  istifadə ediləcəkdir. Baza məbləği 200 manat müəyyən edilib. Əkin əmsalı yaradılacaq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən olunacaqdır.

 

HƏR REGİONUN VƏ HƏR BİTKİNİN ÖZ ƏMSALI OLACAQ

 

Əkin əmsalı regionlar və bitkilər üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şura tərəfindən müəyyən ediləcəkdir. Məsələn, hansısa il daha çox arpa əkilməsi lazım gələcəksə Şura bu məsul üçün əmsalı artıracaqdır.

 

Əmsalın yüksək olması alınacaq subsidiyanın artması ilə nəticələnəcəkdir.

 

Belə ki, əkin subsidiyasının məbləği baza məbləğinin əkin əmsalına vurulması ilə hesabalanacaqdır. Tutaq ki, arpa üzrə 0,8 əmsal müəyyən edilib. Bu halda fermer 160 manat əkin subsidiyası ala bilər (200 manat və 0,8 = 160 manat). Əgər əmsal 1-ə qaldırılsa fermerin alacağı əkin subsidiyası 200 manata yüksələcəkdir. Buğda, çəltik və s. bitkilər üçün ayrı əmsallar olacaqdır.

 

Ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun dəyərinin 70 faizi əkin subsidiyası hesabına ödənməlidir, 30 faizini isə fermer ödəməlidir. Təqvim ili ərzində fermerə ayrılan, lakin istifadə edilməyən əkin subsidiyası eyni il ərzində aparılan sonrakı əkinlər üçün istifadə edilə bilər.

 

KOOPERATİVLƏR DAHA ÇOX SUBSİDİYA ALA BİLƏCƏKLƏR

 

İstifadəsində olan 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq ediləcəkdir.

 

Məhsul subsidiyası da  “baza məbləği × məhsul əmsalı = məhsul subsidiyası” şəkilində hesablanacaqdır. Məhsul subsidiyası üçün də məhsul əmsalı Şura tərəfindən müəyyən ediləcəkdir. Əmsal ilə bəzi bitkilər üzrə məhsuldarlığın təşviqi nəzərdə tutulur.  

 

Hazırda buğda əkən fermer büdcədən hər hektara görə 90 manat (50 manat motor yağı və yanacaq subsisiyası daxil ) subsidiya alır. Eyni zamanda, istehsalçılara dövlət tərəfindən mineral gübrəyə görə maksimum 50 manat, pestisidə görə 150 manatadək dəstək verilir. Gələn ildən ən azı bu məbləğin alınması buğda üzrə əkin subsidiyasının baza məbləği (200 manat) 1,0 əmsala, məhsul subsidiyasnın da baza məbləği (200 manat) 0,2 əmsala vurulmalıdır (160 manat + 40 manat = 200 manat). 

 

Toxum subsidiyası - Şuranın müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdiriləcəkdir:

 

(Baza məbləği x toxum əmsalı) x fermerin subsidiyaya təqdim etdiyi toxum və ya tingin miqdarı x (kvota / subsidiyaya təqdim olunan toxum və tingin miqdarının cəmi) = toxum subsidiyası

 

Toxum əmsalı – ölkədə istehsal edilən toxumun 1 kiloqramına və ya tingin 1 ədədinə görə subsidiya məbləğinin hesablanması üçün Şuranın müəyyən etdiyi göstəricidir.

 

Heyvan subsidiyası hər bir sağlam buzova görə 100  manat məbləğində müəyyən edilir. Heyvandarlıq sahəsi üzrə müəyyən edilən subsidiyanın alınması ilə bağlı bir sıra şərtlər müəyyən edilib.

 

Qaydalarda bildirilir ki,  arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 manat məbləğində müəyyən edilir və 2023-cü ilədək verilir.

 

Barama subsidiyası barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində verilir.

 

Fermerlərə subsidiyaların verilməsini, habelə Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinin  bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçiriləcəkdir.

 

NECƏ MÜRACİƏT EDİLƏCƏK? NECƏ XƏRCLƏNƏCƏK?

 

Qaydalarda göstərilir ki, əkin subsidiyası ilə bağlı fermer təqvim ili ərzində apardığı əkin barədə informasiyanı SİS-ə daxil edərək avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Agentlik müraciəti 30  iş günü müddətində təsdiq etdikdən sonra müvafiq ödəniş xətti barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması üçün istifadə etdikcə, bu barədə SİS vasitəsilə ona göndərilən məlumatı (bildirişi) təsdiq edir. Kart hesabında olan və müvafiq xərcləməyə uyğun məbləğ avtomatlaşdırılmış qaydada təchizatçının hesabına köçürülür.

 

Əkin subsidiyası məbləğinin 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə istehsalın təşkili məqsədilə istifadə olunmalıdır. Təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılacaqdır. Yaşayış məntəqələrinin torpaqlarında aparılmış əkinə görə subsidiya verilmir

 

Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılacaqdır.

 

Daha ətraflı: Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QAYDASI

28.06.2019 11:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ