Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Daşınmaz əmlak sığortası Azərbaycanın sığorta bazarının inkişafı üçün əsas vasitə ola bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Daşınmaz əmlak sığortası Azərbaycanın sığorta bazarının inkişafı üçün əsas vasitə ola bilər"

Daşınmaz əmlak sığortası Azərbaycanda sığorta bazarının inkişafı üçün əsas vasitə ola bilər. “AzRe Təkrarsığorta” şirkətinin Direktorlar Şurasının sədri Fuad Quliyev belə hesab edir.

 

Reklam_3_11

"Azərbaycanın sığorta bazarının böyük inkişaf potensialı var və əmlak sığortası bu inkişafın əsas drayveri ola bilər. Bizdə daşınmaz əmlakın icbari sığortası növü tətbiq olunsa da, penetrasiyası çox azdır. Buna görə nüfuzetmə səviyyəsini artırmaq üçün mexanizm lazımdır", - deyə o, bu gün Azərbaycanın sığorta bazarına həsr olunmuş beynəlxalq sığorta forumunda bildirib.

 

F.Quliyev qeyd edib ki, daşınmaz əmlakın sığortası növündə risklərin təkrar sığortası çox vacibdir.

 

"İndi biz bunun üzərində işləyirik və regionumuzda tez-tez baş verən zəlzələlərlə bağlı risklərin təkrar sığortalanması mexanizmini hazırlayırıq. Bu, həm də sığorta şirkətlərinin marağını artıracaq və onlar risklərin bir hissəsini təkrar sığortaçılara ötürə biləcək", - deyə sədr əlavə edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© İnterfaks-Azərbaycan

28.06.2019 13:53

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ