Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Türkan, Hövsan, Zirə və Mərdəkan çimərliklərində reyd keçirib, nöqsanlar aşkarlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkan, Hövsan, Zirə və Mərdəkan çimərliklərində reyd keçirib, nöqsanlar aşkarlanıb

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamentinin əməkdaşları Türkan, Hövsan, Zirə və Mərdəkan çimərliklərində reyd keçirib.


Reyd zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar.

 

Reyd müddətində bəzi sahibkarlar ödənişin yalnız stol-stul və çətirlərdən istifadə üçün alındığını bildirib: “Biz burada müəyyən şərait yaratmışıq ki, sakinlər rahat istirahət etsin. Dəniz suyundan istifadə üçün pul almaqdan söhbət belə gedə bilməz. Hər gün müəyyən sayda müştərilər var ki, yalnız çimmək üçün gəlir. Biz onlardan pul almırıq. Kimdənsə sadəcə dənizdən istifadə üçün pul tələb edilərsə, müraciət edib şikayət etsinlər”.

 

BŞİH Ticarət və Xidmət departamentinin baş məsləhətçisi Bayram Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb: ''Məlum oldu ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. BŞİH-in 183 saylı sərəncamına əsasən, çimərliklərdən istifadə üçün hər hansı ödəniş tələb etmək qadağandır. Həmçinin, ictimai xidmət səviyyəsi də yüksək keyfiyyətdə olmalıdır. Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Artıq 10 gündür monitorinqlər aparılır. Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə təkrar baxış keçiriləcək. Aşkar edilən bir sıra nöqsanlar aradan qaldırılıb. Mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək”. 

28.06.2019 15:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ