Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Anti-sanitar şəraitdə süd və süd məhsulları istehsal edən sex aşkarlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Anti-sanitar şəraitdə süd və süd məhsulları istehsal edən sex aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Abşeron rayonu Novxanı kəndində anti-sanitar şəraitdə süd və süd məhsullarının istehsal edilməsi ilə bağlı şikayət daxil olub.

 

Reklam_3_11

Daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

 

AQTA-dan Marja-ya verilən məlumata görə, monitorinq zamanı şikayət öz təsdiqini tapıb.

 

Belə ki, ilkin baxış keçirilərkən qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 700 kq pendir, yağ, qaymaq, yarımfabrikat məhsullar, həmçinin sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə istifadə edilən bitki yağları aşkar edilib. Baxış zamanı məhsulların istehsal tarixinin və yararlılıq müddətinin qeyd olunmadığı, məhsulların saxlandığı anbarın antisanitar vəziyyətdə olduğu müşahidə olunub. Eyni zamanda istehsal prosesində istifadə olunan bəzi avadanlıqların paslandığı, qida məhsulların üzərilərində isə yad cisimlərin olduğu aşkarlanıb.

 

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyati qurumlarla birgə tədbirlər davam etdirilir.

 

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər.

 

Vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.

28.06.2019 16:31

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ