Ərdoğan: Sanksiya olmayacağını Trampdan eşitdik
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə Rusiyadan S 400 müdafiə sistemlərini aldığına görə sanksiya tətbiq edilməyəcəyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, G20 Zirvəsində keçirdiyi mətbuat konfransında açıqlamalar verib.
"Marja" xəbər verir ki, Ərdoğan sanksiya məsələsinə dair, "Cənab Donald Tramp bu gün bu məsələyə aydınlıq gətirdi. Belə bir şeyin olmayacağını da özündən xüsusilə dinləmiş olduq", - deyib.
Ərdoğan S400-lərin təhvil prosesində olduğunu deyib və "təhvil prosesində olan belə bir sazişdən imtina etməyimiz Türkiyə kimi bir dövlətə yaraşmaz, bu iş bitdi", - ifadəsini istifadə edib.
"Az əvvəl Cənab Trampın da mətbuat konfransı oldu. S-400-lər təhvil prosesindədir. Belə bir sazişdən imtina etməyimiz Türkiyə kimi bir dövlətə yaraşmaz. Bu iş bitdi. Biz Amerika ilə də Patriot almaq üçün Obama dövründə addım atmışdıq, Konqresin imkan vermədiyini söyləyərək, satmadılar. Ən uyğun şərtlərdə bunu Rusiyadan aldıq. Sanksiyalar məsələsində Tramp bu gün də açıqlama verdi, belə bir şeyin olmayacağını özündən dinləmiş olduq. S-400 hadisə bir tərəfdən gedərkən, ABŞ-dan bu an 100 ədəd Boeing təyyarəsi alırıq.
F-35 mövzusunda, 1 milyard 400 milyon dollar ABŞ-a ödəniş etmişik. Bir istehsalçı deyil, birgə istehsalçıyıq. 4 ədəd təyyarə verildi, bütövlükdə 116 təyyarə almalıyıq. Ödənişlər aparılır, ümid içindəyik. Birlərinin verdiyi bəyanatlar heç üst-üstə düşmür. Bizim ikitərəfli münasibətlərimizi pozmayacağını hesab edirik", - Ərdoğan deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 d. əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
31 d. əvvəl
Kənd təssərüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 34 d. əvvəl
-
1 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 1 saat əvvəl
-
3 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
4 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir