Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərenerji”dən işıqların sönməsilə bağlı açıqlama - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərenerji”dən işıqların sönməsilə bağlı açıqlama - YENİLƏNİB

15:00 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb. 

Reklam_3_11

 

Qurumdan "Marja"ya verilən məlumata görə, məlumatda iyunun 29-da saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verdiyi qeyd olunub.

 

"Lakin son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb. Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb. Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb", - deyə məlumatda vurğulanıb.

 

13:12 

 

“Bu gün "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) transformatorunda nasazlıq yaranıb və dərhal aradan qaldırılıb”. 

 

Bunu “Azərenerji” ASC-nin media mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

 

T.Abdullayevin sözlərinə görə, respublikanın elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, stansiyada xırda texniki hadisə olub: "Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb və problem aradan qaldırılıb”.

 

Qeyd edək ki, bu gün Bakı şəhərində bir sıra ərazidə elektrik enerjisi kəsilib.

 

Xatırladaq ki, 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə “Azərbaycan” İES-in transformatorunda baş verən qəza nəticəsində ölkənin elektrik enerjisi sistemi çökmüşdü. Amma bu dəfə əks-qəza avtomatikasının işə düşməsi nəticəsində heç bir qəza baş verməyib.

 

Qeyd edək kii, bu gün bir sıra kütləvi informasiya vasitələrində Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında yanğın baş verməsi ilə bağlı məlumatlar da yayılıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

29.06.2019 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ