Tezliklə 2 bölgədə Əmlak Xidmətləri Məkanı açılacaq

Vətəndaşların rahat və operativ formada istifadəsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən bütün xidmətlər Əmlak Xidmətləri Məkanında icra olunur. Bu il ərzində xidmət məkanına 98 minə yaxın vətəndaş müraciət edib, müxtəlif istiqamətlər üzrə 128 minə yaxın xidmət göstərilib. 

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, tezliklə Gəncə və Xaçmazda da Əmlak Xidmətləri Məkanı açılacaqdır. 

 

Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərilən xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi,  xidmətlərin tam elektronlaşdırılması təmin edilmişdir.

 

Bakıda Məkan Xəlil Rza Ulutürk 20 ünvanında yerləşir. Ulduz metrosundan 700 metr məsafədədir. 38 və 184 nömrəli avtobus məkanın yanından keçir. 

1 İyul 2019 , 08:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]a.az

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin