Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Norm” “Holcim”i keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Norm” “Holcim”i keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın iri sement istehsalçılarından biri olan “Norm” MMC 2018-ci ili 34 milyon 806 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Norm” 2017-ci ili 34 milyon 689 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Norm”un xalis mənfəəti cüzi artıb.

 

Reklam_3_11

“Marja” şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə sement satışından gəlir 126 milyon 272 min manat ikən, 2018-ci ildə 149 milyon 447 min manata qalxıb (18,3% artıb). Eyni zamanda, satışın maya dəyəri 75 milyon 693 min manatdan 86 milyon 973 min manata yüksəlib (15% artıb).

 

Gəlirlərin xərclərdən daha çox artması mənfəətin artmasında da əks olunub. 2017-ci illə müqayisədə ötən il mənfəət vergisindən əvvəlki mənfəət 24,7% artaraq 43 milyon 328 min manat təşkil edib. Ötən il “Norm” MMC 8 milyon 522 min manat mənfəət vergisi ödədiyindən mənfəəti 34 milyon 806 min manata düşüb. “Norm” 2017-ci ildə cəmi 42 manat mənfəət vergisi ödəmişdi. 2018-ci ildə mənfəət vergisinin ödənilməsi xalis mənfəətin daha çox artmasına imkan verməyib.

 

“Norm” MMC-nin rəqibi “Holcim Azərbaycan” ASC-nin də ötən il satışdan gəlirləri artıb. Amma cəmi gəlirləri “Norm”dan azdır.

 

Xəbər verdiyimiz kimi, 2017-ci illə müqayisədə 2018-ci ildə “Holcim Azərbaycan”ın satışdan gəlirlər 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. “Holcim Azərbaycan” 2018-ci ili 7 milyon 67 min manat xalis mənfəət ilə başa vurub. ASC 2017-ci ili 1 milyon 759 min manat xalis mənfəət ilə bağlamışdı.

 

2018-ci ildə “Norm” MMC  “Holcim Azərbaycan”dan daha çox gəlir və xalis mənfəət əldə edib. Ötən il “Norm” “Holcim Azərbaycan”dan təxminən 5 dəfə çox xalis mənfəət qazanıb. 

 

Qeyd edək ki, Azərbaycanda “Norm” və “Holcim Azərbaycan” ilə bərabər Qazax Sement Zavodu (Akkord Cement) və Naxçıvan Sement Zavodu da sement istehsalı ilə məşğul olurlar.

01.07.2019 07:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ