Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şirkətlər qrupu Palatanın müraciətilə cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şirkətlər qrupu Palatanın müraciətilə cərimələnib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu” MMC-ni dörd inzibati protokol üzrə cərimələyib. 

 

Şirkətlər qrupu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib.

 

“ATEF Şirkətlər Qrupu” un inzibati xətanın obyekti olan 40.000 avronun 25 faizi, yəni 10.000 avro, digər prorokolla isə 26250 avro vəsaitin 20 faizi miqdarında - 5.250 avro məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə olunub. Digər iki protokol üzrə cərimənin məbləği isə məlum deyil.

 

Şirkət Suraxanı Rayon Məhkəməsinin qərarlarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

 

Qeyd edək ki, ATEF Group yağ transformatorları, gәrginlik transformatorları, komplekt transformatorı, yarımstansiyalar, stabilizatorlar vә s. istehsal edən bir neçə müəssisədən ibarətdir. 

 

ÖTƏN İL DƏ CƏRİMƏLƏNMİŞDİ

 

 

Ötən ilin yanvarında da Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələtdirmişdi.

 
Palata şirkətin cərimələnməsi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət eetmişdi. Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Nəticədə şirkətlər qrupu inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin (66000 Avro x 20%=13.200 Avro x 2,0116=26.553,12) 20 faizi həcmində - 26 min 553 manatlıq cərimə edilmişdi.

 

Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC yağ transformatorları, gәrginlik transformatorları, komplekt transformator yarımstansiyaları, stabilizatorlar vә s. mәhsullar istehsal edir. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

01.07.2019 08:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ