Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sahibkarlar Konfederasiyasının daha 3 ölkə üzrə nümayəndəsi təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlar Konfederasiyasının daha 3 ölkə üzrə nümayəndəsi təyin edilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Bosniya və Herseqovina Federasiyası, Serbiya, Monteneqro respublikaları üzrə nümayəndəsi təyin edilib.

 

ASK-nın Dayanıqlı İnkişaf və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Fuad Hümbətovun sözlərinə görə, xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması istiqamətində fəaliyyəti çərçivəsində, Azərbaycan ilə Bosniya və Herseqovina Federasiyası, Serbiya və Monteneqro arasında qurulan uğurlu dostluq əlaqələrini, azərbaycanlı sahibkarlar tərəfindən bu ölkələrin iqtisadiyyatına qoyulan investisiyanın həcminin gündən-günə artdığını nəzərə alaraq, ASK-nın bu ölkələrdə nümayəndəsi vəzifəsinə Azərbaycan Respublikasının vətəndaşı Seyran Mirzəzadə təyin olunub. Beləliklə də Konfederasiyanın xarici ölkələrdəki nümayəndələrinin sayı 18-ə çatıb.

 

Bosniya və Herseqovina Federasiyası, Serbiya, Monteneqro respublikaları üzrə nümayəndəsi bu ölkələrdə sahibkarlarımız üçün tərəfdaşların axtarılıb tapılmasında, xarici ölkələrdə investisiya imkanlarının araşdırılmasında, marketinq təhlili və müvafiq məlumat təchizatında  iştirak edəcək.

 

S. Mirzəzadə həmçinin nümayəndə kimi sahibkarlığın inkişafı ilə əlaqədar müvafiq təklif, hesabat və proqramlar da hazırlayacaq.

 

Qeyd edək ki, Seyran Mirzəzadə 2001-ci ildən 2016-cı ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.

 

Eyni zamanda, S. Mirzəzadə 2016-cı ildən etibarən Monteneqroda təsis edilmiş Azərbaycan - Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzinin (http://www.azcec.me/az/) direktoru vəzifəsini icra edir.

01.07.2019 08:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ