Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Agentliyin zərəri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Agentliyin zərəri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il yanvarın 1-nə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) cəmi aktivləri 6 976 978 manat təşkil edib. Bu da 2017-ci illə müqayisədə 578 572 manat yaxud 9,04% artım deməkdir.

 

2018-ci ildə AERA-nın cəmi öhdəlikləri 50 068 manat yaxud 56,3 dəfə artaraq 50 973 manat, cəmi kapitalı isə 528 504 manat yaxud 8,26% artaraq 6 926 005 manat, o cümlədən nizamnamə kapitalı 7914 dəfə artaraq 7 914 367 manat təşkil edib.

 

Dövlət tənzimləməsini həyata keçirən Agentliyin illik zərəri də artıb. Belə ki, AERA 2017-ci ili 628 manat xalis və məcmu zərərlə vurduğu halda, 2018-ci ildə bu rəqəm 987 106 manat yaxud 1573 dəfə artaraq 987 734 manat olub.

 

2018-ci ildə Agentliyin ümumi gəlirləri 8 318 474 manat olub ki, 2017-ci ilin gəlirləri barəsində məlumat verilməyib.

 

AERA-nın əməliyyat zərərində də artım qeydə alınıb. Belə ki, 2018-ci ildə bu rəqəm 1 187 040 manat yaxud 1 891 dəfədən çox artaraq 1 187 668 manata çatıb.

 

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin “Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında” yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülüb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

01.07.2019 09:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ