Əhalinin dollar əmanətləri kəskin azaldı

May ayında banklarda əhalinin əmanətləri 92,1 milyon manat azalıb. Azalma xarici valyutadakı əmanətlərin azalması ilə bağlıdır.

 

"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin aprel ayının sonunda əhalinin əmanətləri 8 milyard 715 milyon manat ikən, mayın sonunda 8 milyard 622.9 milyon manata düşüb.

 

2019 Tarix        Dəyər

01/06/2019      8622.9
01/05/2019      8715.0
01/04/2019      8339.1
01/03/2019      8214.0
01/02/2019      8075.9
01/01/2019      8375.4
01/12/2018      8073.5

 

May ayında milli valyutadakı əmanətlər 51,5 milyon manat artaraq 3 milyard 672,5 milyon manata yüksəlib, xarici valyutadakı əmanətlər isə 143,5 milyon manat azalaraq 4 milyard 950,4 milyon manata düşüb.

 

DOLLARLAŞMA AZALIR

 

Əhalinin cəmi əmanətlərinin 42,6%-i milli valyutada, 57,4%-i xarici valyutada olub. Müqayisə üçün qeyd edək ki, Aprelin sonunda  cəmi əmanətlərin 41,5%-i milli valyutada, 58,5%-i xarici valyutada idi. Mart ayının sonunda isə cəmi əmanətlərinin 39,54%-i milli valyutada,  60,46%-i xarici valyutada idi.

1 İyul 2019 , 12:24   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin