Milli valyutada kreditlər daha sürətlə artır

2019-cu ilin May ayında kredit təşkilatlarının kredit qoyuluşları 186,6 milyon manat artaraq 13 milyard 198 milyon manata çatıb.

 

 “Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Aprel ayının sonu ilə müqayisədə Mayda milli valyutada cəmi kreditlər 173,9 milyon manat artaraq 8 milyard 541,9 milyon manata, xarici valyutadakı kreditlər isə 12,7 milyon manat artaraq 4 milyard 656,1 milyon manata yüksəlib.

 

İlk 5 ay ərzində isə milli valyutada cəmi kreditlər 468,3 milyon manat artıb, xarici valyutada cəmi kreditlər isə 290,6 milyon manat azalıb.

1 İyul 2019 , 13:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin