Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Heydər Əliyev hərbi xidməti bitirdi - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Heydər Əliyev hərbi xidməti bitirdi - YENİLƏNİB

İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib. Qeyd edək ki, Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev, burada hərbi xidmət keçib.

 

Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.

 

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

 

Mərasim əsgərlərin meydana gəlməsi ilə başlayıb.

 

Sonra döyüş bayrağı meydana gətirilib.

 

Xidməti vəzifələrin icrası zamanı fərqlənən əsgərlərə Fəxri Fərman, xatirə hədiyyələri və valideynlərinə təşəkkür məktubları təqdim olunub.

 

Bu günün Dövlət Təhlükəsizliyi Xidmətinin Əlahiddə Alayının şəxsi heyəti üçün əlamətdar gün olduğunu deyən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev həqiqi hərbi xidməti başa vuran əsgərləri və onların valideynlərini təbrik edib, hərbi xidmət zamanı əsgərlərin hərbin sirlərinə dərindən yiyələndiklərini vurğulayıb. 

 

Sonra dövlət himni səsləndirilib.

 

Daha sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

 

 
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edən valideynlərlə görüşüb, onlarla söhbət edib.

01.07.2019 12:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ