Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu günədək ölkə üzrə neçə ton taxıl yığılıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu günədək ölkə üzrə neçə ton taxıl yığılıb?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, iyulun 1-nə olan operativ məlumata görə, ölkə ərazisində 772 min 24,6 hektar ərazidə taxıl biçini aparılıb, 319 min 131 hektar ərazidə arpa, 452 min 893,5 hektar ərazidə buğda biçini başa çatıb.

 

Ümumilikdə bu günədək ölkə üzrə 2 milyon 482 min 528,6 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

 

Ağdam, Bərdə, Biləsuvar, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax və Zərdabda taxıl biçini başa çatıb. Ağdaş, Ucar, Kürdəmir, Tərtər, Neftçala, Füzuli rayonlarında isə taxıl biçini başa çatmaq üzrədir.

 

Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6847 hektarı və buğda əkilmiş 8740 hektar sahənin 8628 hektarı artıq biçilib. Rayonda arpa və buğda üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir.

 

Goranboy ərazisində arpa əkilmiş 13 min 449 hektar sahənin 13 min 339 hektarı və buğda əkilmiş 8235 hektar sahənin 8205 hektarı artıq biçilib. Ağdaş, Ağcabədi, Beyləqan, Füzuli, Neftçala, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.

01.07.2019 13:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ