"Azəristiliktəchizat" mənfəətlə işləməyə başlayıb

"Azəristiliktəchizat" ASC 2018-ci ili 67 milyon 959 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2017-ci ildən 18 milyon 825 min manat zərərlə çıxmışdı.

 

Bununla da səhmdar cəmiyyətinin yığılmış zərəri 136 milyon 108 min manatdan 68 milyon 149 min manata düşüb.

 

Bu il yanvarın 1-nə "Azəristiliktəchizat"ın aktivləri 181 milyon 536 min manat olub ki, bu da illik müqayisədə 0,4% azdır. Ötən il qurumun öhdəlikləri 75,3% azalaraq 24 milyon 321 min manata düşüb, balans kapitalı isə 87,8% artaraq 157 milyon 215 min manata çatıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Renkinq

2 İyul 2019 , 08:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin