Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

KOBİA-dan “Erkam”a dəstək

iç səhifə xəbər başlığı altı (mobil)_31
KOBİA-dan “Erkam”a dəstək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Qəbələ-Oğuz “KOB Dostu” tərəfindən Oğuz rayonunda sahibkar Sənan Hacıbabayev tərəfindən yaradılmış “Erkam” əmtəə nişanı ilə məhsullar istehsal edən tikiş sexinin sənədləşdirilməsinə və mühasibatlığın milli mühasibat uçotu qaydalarına uyğunlaşdırılmasına dəstək göstərilib.

 

Agentlikdən "Marja"ya verilən məlumata görə, Qəbələ-Oğuz “KOB Dostu” müəssisənin sənədləşdirilməsinə dəstək göstərməklə yanaşı, həm də sahibkarın öz işini Oğuz rayonunda qurmasını təşviq edib. Əvvəllər Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sənan Hacıbabayev “KOB Dostu”nun təşviqi və dəstəyi ilə Oğuz rayonunun Xaçmaz qəsəbəsində 22 qadının çalışdığı tikiş sexini yaradıb.

 

Bununla da dövlət-özəl tərəfdaşlığı çərçivəsində regionda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni müəssisənin yaradılmasına və məşğulluğun artırılmasına dəstək göstərilib.

 

Məlumat üçün qeyd edək ki, Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsi vasitəsilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin idarə edilməsi və innovativ üsullarla genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, sahibkarların hüquqlarının qorunması istiqamətlərində dəstəklər göstərilir. Bu istiqamətlər üzrə KOB-lar Bakı şəhəri və regionlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.

02.07.2019 09:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ