Baş nazirin Dövlət Xidmətinin keçmiş rəisinə hökumətdə vəzifə verdiyi bildirilir
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparat rəhbərinin vəzifələrini icra edən Adil Məmməd oğlu Əhmədovun Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun Sərəncamı ilə Nazirlər Kabineti Aparatının İşlər müdiri vəzifəsinə təyin olunduğu bildirilir. Bu barədə "Marja"ya məlumat daxil olub.
Ləğv edilmiş Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəisi işləmiş Adil Əhmədov bu ilin İyun ayında Maliyyə Nazirliyinin Aparat rəhbərinin vəzifələrini icra edən vəzifəsinə təyin edilmişdi.
Mənbənin verdiyi məlumata görə, Azərbaycan Respublikası Maliyyə Nazirinin əmri ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Əmralı oğlu Yusifov Maliyyə Nazirliyinin Aparat rəhbəri təyin edilib.
Qeyd edək ki, Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanov 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 d. əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
19 d. əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl