Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Komitə sədri: Son aylarda 212 tikinti layihəsi təsdiq edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Komitə sədri: Son aylarda 212 tikinti layihəsi təsdiq edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Son aylarda şəhərsalma və tikinti normativ sənədlərinə uyğun olaraq 212 tikinti layihəsi təsdiq edilib".

 

Reklam_3_11

Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev pilot layihələrdə normativ sənədlərlə bağlı tikintilərin dayandırılmasına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, mövcud qanunvericilik çərçivəsində tikintiyə icazə icraatı həyata keçirilir: “Son aylar ərzində 212 tikinti layihəsi təsdiq edilib. Onların böyük hissəsi Bakı şəhəri ərazisində həyata keçirilir. 212 layihə ilə təqribən 1 milyon 800 min kvadrat metr tikintinin planlaşdırılması nəzərdə tutulur. Həmin 1 milyon kvadrat metrdən çox tikinti isə Bakının payına düşür”.

 

O qeyd edib ki, əsas məqsəd şəhərsalma və tikinti normativlərinə uyğun layihələrin həyata keçirilməsidir.

 

“İş adamları tərəfindən son aylarda təqdim edilən layihələr həmin normalara uyğundur və layihlər getdikcə həm şəhərsalma, həm də memarlıq baxımından keyfiyyətcə daha yüksəkdir. Pozitiv dinamika mövcuddur. Düşünürəm ki, bu layihələrin sayı artacaq”, - S.Nuriyəv deyib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Report"

02.07.2019 10:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ