Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Gəmiçiliyin gəliri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəmiçiliyin gəliri artıb

2016-cı ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəlirləri 493,4 mln. manat təşkil edib, bu da 2015-ci ilin göstəricisindən 34% çoxdur. Bu barədə hökumətdən məlumat verilib.

 

“Ötən il gəmiçiliyin donanmasına daha 9 gəmi əlavə eidlib. 1 yanvar 2017-ci il taixinə gəmiçiliyin balansında olan gəmilərin ümumi sayı 284-ə çatıb. Bununla belə, 2016-cı ildə 10 gəmi Xəzər dənizindən kənarda fəaliyyət göstərib”, - deyə hökumətdən qeyd ediblər.

 

O cümlədən, ötən il XDG iki tanker və ikii Ro-Ro tipli bərənin tikintisinə dair saziş imzalayıb.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycan prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb. 

 

© “İnterfaks-Azərbaycan”  

14.03.2017 07:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ