Azərbaycan bankı sentyabrda loqosunda dəyişiklik edəcək

Cari ilin sentyabr ayında "Rabitəbank"ın loqosu restaylinq (dizayn, stil dəyişikliyi) olunacaq.

 

Bunu "Rabitəbank"ın baş direktoru Ziya Nuriyev jurnalistlərə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, qarşıdakı iki ay ərzində filliallarda da interyer dəyişikliyi olacaq.

 

"Artıq rəng seçilib, hər şey hazırdır. İlin sonuna kimi mobil bankinq sahəsində Azərbaycan bankları arasında ilk 5-liyə düşməyi hədəfləyirik. Gələn ilin sonuna kimi isə plastik kartlarla bağlı yenilik tətbiq edəcəyik. Belə ki, müştərilər kartlarda limit - bankın hansı xidmətlərdən istifadə etmək olar, hansından yox - müəyyən edə biləcəklər", - deyə baş direktor vurğulayıb. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Report"

2 İyul 2019 , 16:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin