“Bazarstore”un gəlirləri kəskin artıb, xalis zərəri azalıb

“Bazarstore” MMC 2018-ci ili 316,6 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə MMC-nin zərəri 415,4 min manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə “Bazarstore”un zərəri 24% azalıb.

 

“Marja” “Bazarstore”un illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə təxminən 171 milyon manat təşkil etmiş əsas əməliyyat gəliri 2018-ci ildə təxminən 307 milyon manata yüksəlib (əsas əməliyyat gəliri 1,8 dəfə artıb). Müqayisə olunan dövrdə satışın maya dəyəri təxminən 143 milyon manatdan 261 milyon manata qalxıb (1,8 dəfə artım). “Bazarstore” ötən ili təxminən 46 milyon manat ümumi mənfəət əldə edib. 2017-ci ildə bu rəqəm 28 milyon manat idi.

 

Ötən il “Bazarstore”un kommersiya xərcləri kəskin artıb. 2017-ci ildə 25,1 milyon manat təşkil etmiş bu xərclər ötən il 41,2 milyon manata qalxıb. Şirkətin inzibati və vergi xərcləri də artıb.

 

Ötən il “Bazarstore”un təxminən 307 milyon 26 min 705 manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 307 milyon 343 min 233 manat təşkil edib. Ötən il xərclər gəlirləri üstələdiyindən 316,6 min manat zərər yaranıb.

 

31 dekabr 2018-ci il tarixində “Bazarstore” MMC 88 milyon 425 min manat cəmi aktivlərə malik olub. MMC 2017-ci ilin sonunda 60 milyon 226 min manat cəmi aktivlərə malik idi.

2 İyul 2019 , 16:29   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin