Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Marcom” kiçik və orta biznes sahiblərinə dəstək olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Marcom” kiçik və orta biznes sahiblərinə dəstək olacaq

“Marcom” Marketinq və Kommunikasiya şirkəti müştəriləri maarifləndirmək və bazarı sağlamlaşdırmaq istiqamətində növbəti xidmətini təqdim edib. Şirkət, bazara təqdim etdiyi Konsultasiya xidməti çərçivəsində kiçik və orta biznes sahiblərini marketinq sahəsində maarifləndirməkdə dəstək olacaq.

 

Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə bu istiqamətdə hər bir bazar iştirakçısını maarifləndirmək Marcom şirkətinin ana xəttini təşkil edir. “Konsultasiya xidməti şirkətin 2019-cu il yol xəritəsinin tərkib hissəsidir. Marketinq sahəsində konsultasiyaya ehtiyacı olan kiçik və orta biznes sahibləri “Marcom” şirkətinə zəng edərək faydalanmaq istədikləri xidmətlər haqqında ödənişsiz konsultasiya ala bilərlər. Bu xidmətin yaradılmasında əsas məqsəd yeni fəaliyyətə başlayan şirkətlərin peşəkarlardan dəstək alaraq bazarda doğru addım atmasıdır. Biz istəmirik ki, fəaliyyətə yeni başlayan sahibkarlar məlumatsızlıq səbəbindən həm vaxt, həm də büdcə itkisinə yol versinlər, bazardakı fəaliyyətlərinə qısa müddətdə son versinlər. Bu Marcom şirkətinin 2019-cu il ərzində bazara təqdim etdiyi sayca ikinci xidmətdir. Biz bu ilin yanvar ayında bazarın sağlamlaşdırılması istiqamətində Marketinq Audit xidmətini istifadəyə verdik və bununla da bazar fəaliyyət göstərən bir çox şirkətlərin bu məhsula necə ehtiyacı olduqlarını gördük. İlin sonunadək istifadə verəcəyimiz daha 2 marketinq xidməti də məhz bazar iştirakçılarının işinin optimallaşdırlması istiqamətində olacaqdır. Hal-hazırda həmin xidmət üzərində müvafiq işlər görülür.


Qeyd edək ki, “Marcom” şirkəti Azərbaycan və Gürcüstan bazarında fəaliyyət göstərməkdədir. Şirkət bu yaxınlarda bulud (cloud) sistemi üzərindən CRM platformaları təklif edən “Cubics Technology” şirkəti ilə strateji tərəfdaş oldu.

03.07.2019 06:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ