Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dollar və qızılın bahalaşması davam edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar və  qızılın bahalaşması davam edə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Foreksdə dolların bahalaşması proqnozları aktuallığını qorumaqdadır və neft qiymətlərində ucuzlaşma da treyderlərin diqqət mərkəzindədir.


 

Beynəlxalq valyuta birjalarında Avropa Birliyi və İngiltərədə siyasi və iqtisadi risklərin mövcudluğu, dollara olan tələbi yenidən artırır. Təhlillərə əsasən, dolların aparıcı valyutalara nisbətən qiymətləri əlavə olaraq, 0.5%-ə kimi də bahalaşa bilər. 

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00, 12:30 və 18:00-da müvafiq olaraq Avrozona, İngiltərə və ABŞ-dan açıqlanacaq xidmət sektorunda biznes aktivliyi ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. 

 

Neftə olan tələbin azalması və qiymətlərin ucuzlaşması

 

Qlobal siyasi və iqtisadi risklərin artması, enerji birjalarında neftə olan tələbin də azalmasına təsir etməkdədir. Brent nefti son günlər 63$-a kimi 6% ucuzlaşıb. 

 

Bu baxımından saat 18:30-da yayımlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli statistik göstəricilərin də neft qiymətlərinə güclü təsir edə biləcəyi gözlənilir.

 

Qızılda sürətli bahalaşma 1470$-a davam edə bilər

 

Əlvan metallar bazarlarında qızıla olan tələb də yenidən artmağa başlayıb. İranın Vyana nüvə sazişinin maddələrini pozması, sazişə sadiq qalan digər ölkələrinin də Tehrana qarşı münasibətinin pisləşməsinə səbəb olub. ABŞ nüvə sazişindən 2018-ci ildə çıxsa da Rusiya, Çin, Fransa, İngiltərə və Almaniya sazişə sadiq qalırdılar. Bu ölkələrin də İran ilə münasibətlərin pozulması riskləri daha da artırır. 

 

Qızılın bir unsiya üzrə qiyməti həftənin ilk günlərində 1382$-a ticarət edilirdisə, bu gün artıq 1427$-a təklif edilir və 1470$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

03.07.2019 06:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ