Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“SOCAR Georgia” Gürcüstanda yeni yanacaqdoldurma kompleksi açmağı planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SOCAR Georgia” Gürcüstanda yeni yanacaqdoldurma kompleksi açmağı planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstanın Tercola (Terjola) şəhəri yaxınlığında "SOCAR" brendi ilə yeni yanacaqdoldurma kompleksi inşa olunur.

 

Reklam_3_11

Bunu eksklüziv açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

 

O qeyd edib ki, bu kompleks “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Batumi şəhərinə qədər uzanan əsas magistral avtomobil yolunda "SOCAR" brendi ilə fəaliyyət göstərəcək 5-ci kompleks olacaq. 

 

“Bilirsiniz ki, Gürcüstanda bizim geniş yanacaqdoldurma şəbəkəmiz var. Bu Azərbaycandan kənarda ilk şəbəkəsi olub və indi də bu şəbəkə inkişaf etməkdədir. SOCAR Gürcüstanda şəbəkəsini genişləndirməkdə maraqlıdır. Hazırda Gürcüstanda bütün ölkə üzrə şəbəkə torunu yaratmışıq.  Qonşu ölkənin elə bir yeri yoxdur ki, orada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə (YDM) rast gəlməyəsiniz.

 

Həmçinin Tbilisidən başqa Gürcüstanın bütün ərazisində Azərbaycanın qaz distribusiya şəbəkəsi fəaliyyət göstərir. Hazırda YDM şəbəkələri baxımından şirkətin belə böyük inkişaf planı elan etməsinə ehtiyac yoxdur. Biz müəyyən həddə çatmışıq ki, geniş inkişafa ehtiyac yoxdur. Amma Gürcüstanda böyük tikintilər həyata keçirilir.

 

Bu isə müəyyən yolların əhəmiyyətini artırır, yaxud azaldır. Ölkənin infrastruktur xəritəsi dəyişməyə başlayır və biz buna reaksiya veririk. Xüsusilə də “Sınıq Körpü” Gömrük-Keçid Məntəqəsindən Batumi şəhərinə qədər ölkənin əsas magistral avtomobil yolunun xüsusiyyətini, əhəmiyyətini nəzərə alıb yeni YDM-ləri kompleks şəkildə inşa edirik. Bizim belə bir kompleksimiz Tercola (Terjola) məntəqəsi yaxınlığında inşa olunur. Yol boyu artıq belə 4 böyük məntəqəmiz var, bu da 5-ci olacaq”,- M. Məmmədov əlavə edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© “Report”

03.07.2019 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ