“AtaBank” əmanət şərtlərini yenilədi

(®) “AtaBank” ASC əmanət şərtlərində və faizlərində bir sıra dəyişikliklər edib. Müştərilər həm sığortalı şərtlərlə, həm də əlverişli faiz dərəcələri ilə əmanət yerləşdirə biləcəklər.

 

Bundan əlavə, AtaBank-ın yenilənmiş əmanət məhsulları depozit seyflərinə 50% endirim, Visa Signature kredit kartı, pulsuz AtaNet bankçılıq xidməti kimi imkanlar və güzəştlər də verir.

 

12 ay müddətinə yerləşdirilən əmanətin faizi  - hesablanmış faizlər hər ay götürüldükdə 9%, hesablanmış faizlər hər rüb götürüldükdə 9,5%, müddətin sonunda götürüldükdə 10% təşkil edir. 

 

Qeyd olunanlarla yanaşı, bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirib ki, əmanətlər üzrə dəyişikliklər müştəri bazarının seqmentasiyasına əsasən aparılıb: "Bununla da hər müştəriyə uyğun məbləği, müddəti və faiz dərəcələrini əks etdirən yeni əmanət şərtləri tətbiq etmişik".

 

Bankın əmanət növləri ilə daha ətraflı tanış olmaq istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

 

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

Xəbər verdiyimiz kimi, 01 iyul 2019-cu il tarixindən xarici valyutada illik 2,5%, manatda isə illik 10% dərəcəsinədək yerləşdirilmiş bütün əmanətlər 01.03.2020-ci il tarixinədək məbləğindən asılı olmayaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam sığortalanmış hesab olunur.

3 İyul 2019 , 13:08   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin