Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Britaniyanın auditor və konsaltinq şirkəti Azərbaycan bazarına daxil olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Britaniyanın auditor və konsaltinq şirkəti  Azərbaycan bazarına daxil olur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın "MA Audit LLC" audit şirkəti və onun törəmə strukturu - "MA Consulting LLC” konsaltinq şirkəti Böyük Britaniyada yerləşən “UHY” beynəlxalq auditor və konsaltinq şirkətinin tərkibinə daxil olub.

 

Reklam_3_11

Bu barədə Böyük Britaniya şirkətinin saytında məlumat verilir.

 

“MA Audit MMC-nin “UHY” şirkətinin tərkibinə daxil olması bizim Avrasioya regionunda iştirakımızı genişləndirir, regional təcrübəni daha da zənginləşdirir və ölkə və bölgədə beynəlxalq müştərilərə xidmət imkanlarımızı artırır”, - məlumatda “UHY”-nin direktoru Rik Devidin sözlərindən sitat gətirilir.

 

O əlavə edib ki, hər iki şirkət gələcəkdə “UHY Audit LLC” və “UHY LLC”-yə çevriləcək.

 

“Şirkətin nüfuzlu brendi ilə uyğun “UHY” şəbəkəsi ilə əməkdaşlıq bizə Azərbaycanda və bütün regionda rəqabət üstünlüyü verəcək. “UHY”-nin bütün dünya üzrə 8,2 min əməkdaşının təcrübə və bilikləri ilə bərabər şəbəkənin qlobal iştirakı nəinki bizim öz imkanlarımızı, həmçinin müştərilərimizin imlanları və onların fəaliyyətini həm yerli, həm də beynəlxalq səviyyədə möhkəmləndirir. Biz “UHY” şəbəkəsində fəaliyyət göstərən digər firmalarla uğurlu əməkdaşlıq sayəsində biznesimizin genişlənməsini səbirsizliklə gözləyirik”, - məlumatda “UHY”-nin Azərbaycanda idarəedici partnyoru Teymur Nağıyevin sözlərindən sitat gətirilir.

 

1986-cı ildə Londonda təsis edilən “UHY” 99 ölkədə 300-dən çox iri biznes mərkəzində müstəqil mühasibat və konsaltinq firmaların ofisləri ilə aparıcı şəbəkədir. 

03.07.2019 11:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ