Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan şirkəti məhsullarını ilk dəfə Rusiyaya ixrac edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti məhsullarını ilk dəfə Rusiyaya ixrac edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu günlərdə “Cahan Pen plastik məmulatları istehsalı və satışı” MMC-nin istehsalı olan inşaat materiallarının Rusiya bazarlarına ilk ixracı baş tutub.


Şirkətdən aldığımız məlumatda bildirilir ki, 2018-ci ildə əsaslı investisiya qoyuluşundan sonra yenidən istifadəyə verilmiş müəssisədə istehsal olunan 7 növdə, 160 adda məhsula həm daxili bazarlarda, həm də xaricdə tələbat artır. Azərbaycan brendi kimi ixrac edilən bu məhsullar arasında PVC qapı-pəncərə profil və aksesuarları, hər ölçüdə içməli su və istiliyə davamlı kompozit borular, 120 adda fitinqs məmulatları mühüm yer tutur.

 

Magna” əmtəə nişanı ilə xaricə ixrac olunan və Rusiyanın Moskva şəhərinə ilk olaraq 23 ton həcmdə göndərilən məmulatların bu ölkədə yerli istifadəçilər tərəfindən həvəslə alınacağı gözlənilir. “Cahan Holdinq” Şirkətlər İttifaqının Rusiya Federasiyasında açılmış satış ofisi bununla bağlı zəruri işləri də həyata keçirir.

 

Qeyd edək ki, bundan əvvəl “Cahan Holdinq”in Türkiyənin İqdır şəhərində də satış ofisi fəaliyyətə başlayıb. Eləcə də digər ölkələrə də ixrac olunması nəzərdə tutulan plastik məmulatlar 300-ə yaxın işçisi olan müəssisənin iş imkanlarının daha da genişlənməsinə və muxtar respublikamızın xarici ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcək.

03.07.2019 12:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ