Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank yeni saytını təqdim etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank yeni saytını təqdim etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankının(ABB) yenilənmiş www.ibar.az korporativ saytı istifadəyə verilib. Sayt hazırda əsaslı dəyişikliklər mərhələsində olan ABB-nin yeni korporativ standartlarına uyğun müasir dizaynı, fərqli strukturu,ən əsası isə istifadəsinin asanlığı ilə fərqlənir.

 

Öz konsepsiyasına görə yeni sayt, müştərilər üçün, Bankın online filialı funksiyasını yerinə yetirəcək. Belə ki, burada ABB-nin müxtəlif çeşidli məhsul və xidmətləri barədə ətraflı məlumat almaqla yanaşı, bu məhsul və xidmətləri sayt üzərindən sifariş etmək də mümkündür.Müştərilər Bankın internet saytı vasitəsilə kreditləri, ödəniş kartlarını, bank hesablarından arayışları sifariş edə, R@ndevu xidməti vasitəsilə filial və şöbələrdə onlara əvvəlcədən xidmət vaxtı müəyyənləşdirə, kredit və kommunal ödənişləri həyata keçirə, fərdi və korporativ internet bankçılığın geniş imkanlarından faydalana bilərlər.

 

Saytın online məsləhətçisi günboyu istifadəçilərin müxtəlif suallarına cavab verəcək. Bankın fəaliyyət istiqamətləri və yenilikləri, missiyası, menecment sistemi, maliyyə göstəriciləri və s. barədə ətraflı məlumatları da buradan əldə etmək mümkündür.

 

Bu gün ABB-nin əsas hədəflərindən biri də müştərilərlə kommunikasiyaları optimallaşdırmaq, daha müştəriyönümlü bank olmaqdır. Saytın yenilənməsi müştəri məmnuniyyətinin artırılmasına, bank xidmət və məhsullarının onlar üçün daha əlçatanlığına xidmət edəcək. Bu istiqamətdə innovativ yeniliklər gələcəkdə də davam etdiriləcək.

 

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankıhazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər. 

14.03.2017 08:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ