Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR "Baker Hughes" ilə əməkdaşlığı dərinləşdirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR "Baker Hughes" ilə əməkdaşlığı dərinləşdirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR Azərbaycanda hasilatın artırılması məqsədilə “Baker Hughes”in rəqəmsal texnologiyalarından istifadə edə bilər


 

İyulun 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Baker Hughes GE" şirkətinin sədri və Baş icraçı direktoru Lorenzo Simonellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

SOCAR-dan verilən məlumata görə, görüşdə dünya neft sənayesində baş verən cari dəyişikliklər və transformasiya prosesləri, eləcə də yeni və xüsusən rəqəmsal texnologiyaların neft sənayesində rolunun artması məsələləri müzakirə olunub.

 

Şirkətlər arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi, SOCAR tərəfindən istismar edilən yataqlarda hasilatın artırılması, köhnə quyularda hasilatın bərpası, yeni layihələrdə sualtı texnologiyaların tətbiqi və s. ilə əlaqədar müasir rəqəmsal texnologiyaların istifadəsi üçün daha dayanıqlı əməkdaşlıq modeli ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Görüşdə Baker Hughes GE-nin SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığına toxunulub, Azərbaycanda yüksək səviyyəli kadrların hazırlanmasında bu əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

 

"Baker Hughes GE" Azərbaycanda 1990-cı ildə fəaliyyətə başlayıb. Şirkət SOCAR-la yanaşı, BP, TOTAL, Equinor, eləcə də SOCAR-ın Caspian Drilling Company şirkətləri ilə əməkdaşlıq edir. Azərbaycanda "Baker Hughes GE"nin 4 məhsulundan - Neft Xidmətləri (OFC), Neft Avadanlıqları (OFE), Turbo Maşın və Proses Həlli (DS), Ölçmə və Nəzarət (M&C) və Rəqəmli məhsullarından istifadə olunur.

 

Hazırda "BHGE" dünyada neft və qaz sektorunda avadanlıq, xidmət və rəqəmsal həlləri bir araya gətirən şirkət kimi fəaliyyət göstərir. Şirkət öz müştərilərinə karbohidrogenləri daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə, ətraf mühit daha çox qayğı göstərməklə nəql etmək və təmizləmək sahəsində yardım edir.

04.07.2019 08:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ