Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın ən böyük supermarketlər şəbəkəsi xaricdən 19 milyon borc alır - SƏBƏB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən böyük supermarketlər şəbəkəsi xaricdən 19 milyon borc alır - SƏBƏB

 Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) və Almaniyanın İnkişaf Təşkilatı (DEG) Azərbaycanın "Araz" supermarketlər şəbəkəsinə anbar əməliyyatlarını yaxşılaşdırması üçün 10 milyon avro (təxminən 19 milyon manat) kredit ayırır.

 

Reklam_3_11

"Marja"nın əldə etdiyi məlumata görə, AYİB və DEG hər biri 5 milyon avro ayıracaqlar.

 

"Araz" Azərbaycanın ən böyük supermarketlər şəbəkəsidir və "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "Araz Supermarket" şirkəti tərəfindən idarə olunur.  Hazırda 122 "Araz" mağazası var. Həmçinin "Spar" supermarketləri də "Araz Supermarket" şirkəti tərəfindən idarə olunur. 

 

ANBARI 3 DƏFƏDƏN ÇOX BÖYÜYƏCƏK

 

Alınan borc hesabına şəbəkənin anbarı standartlara uyğun genişləndiriləcək. Anbarın sahəsinin 12 min 600 kvadrat metrdən 42 min 600 kvadratmetrə genişləndirilməsi planlaşdırılır. Həmçinin, BREEAM-Good və LEED-Silver sertifikatlarının alınması məqsədi güdülür. 

 

Yeni genişləndirilmiş obyektlər təchizat və paylamanın yaxşılaşmasına, biznesin ümumi səmərəliliyinin və gəlirliliyinin artırılmasına, təzə və dondurulmuş malların daha etibarlı saxlanılmasına, şəbəkənin rəhbərliyinin dövriyyəyə asan nəzarət etməsinə imkan verəcək.

 

AYİB-in Azərbaycan ofisinin rəsbəri İvana Duarte bildirib ki, AYİB "Araz"ı maliyyələşdirməklə ölkənin sürətlə inkişaf edən pərakəndə sektorunu dəstəkləyir.

04.07.2019 08:19

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ