Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərsun Holdinq”in qazancı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun Holdinq”in qazancı azalıb

“Azərsun Holdinq” MMC 2018-ci ili 21 milyon 998 min manat xalis mənfəət ilə başa vurub. Holdinq 2017-ci ili 27 milyon 106 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ötən il “Azərsun Holdinq”in xalis mənfəəti 5 milyon 108 min manat və ya 18,8% azalıb.

 

SATIŞ VƏ XİDMƏTLƏRDƏN GƏLİRLƏRİ AZALIB

 

“Marja”, “Azərsun Holdinq” və onun törəmə müəssisələrinin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ildə 792 milyon 758 min manat təşkil etmiş satışdan gəlirlər 2018-ci ildə 730 milyon 2 min manata düşüb.

 

Ötən il inzibati və ümumi xərclər artıb. Həm satışdan gəlirin azalması, həm də bir sıra xərclərin artması ilə əlaqədar olaraq holdinqin xalis mənfəəti azalıb.

 

HOLDİNQ BÖYÜYÜB

 

İl ərzində holdiqnin aktivləri 646 milyon 100 min manatdan 705 milyon 380 min manata qalxıb. Ötən il "Azərsun Holdinq"in nizamnamə kapitalı 24% artırılaraq 90 milyon manata çatdırılıb. Holdinqin 189 milyon 611 min manat  bölüşdürülməmiş mənfəəti daxil cəmi kapitalı 279 milyon 346 min manat təşkil edib. Ötən il "Azərsun"un öhdəlikləri borclarının artması ilə əlaqədar olaraq 9,5% artaraq 426 milyon 33 min manata yüksəlib. 

04.07.2019 08:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ