Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Holcim tikinti sənayesinin inkişafı ilə bağlı müzakirə start verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Holcim tikinti sənayesinin inkişafı ilə bağlı müzakirə start verdi

(®) Tikinti sənayəsinin təməli olan sement və beton iqtisadiyyatın strateji sahələrdən birini təşkil edir və ölkənin inkişafında mühüm rol oynayır. Öz xüsusiyyətinə görə bu çox sərmayə tələb edən, yeni iş yerləri yaradan  və  mənzil, şəhər, yollar və s infrastruktur sahələri üçün məhsul yaradır.

 

Reklam_3_11

Əvvələr sement və betonda əsas tələb olunan şərtlərdən biri qiymət idi isə bu gün ekoloji komponent, funksiopnallıq, prosesin təhlükəsizliyi və yerli xammalın istifadəsi ön plana çıxır. Bütün bu amillər istehsalatda texnoloji həllərin optimallaşdırılmasına təsir göstərir. Tikinti materiallarının istifadəsi prosesi elmi və texniki yanaşma, innovasiyalar və beynəlxalq təcrübə tələb edir. Məhs bu məsələlər Holcim şirkəti tərəfindən  təşkil etdilən görüşdə müzakirə edildi. Dəvət olunan qonaqlarin arasında Elmlər Akademiyası, Dadaşov adına Elmi və tədqiqat institutu, Memarlıq və İnşaat universtiteti FHN yanında tikinti təhlükəsizliyinə nəzarət agetliyi, Dövlət şəhərsalma və Arxetektura komitəsi, və ölkənin tikinti inkişafında rolu olan tanınmış memar və kanustuktor  nümayəndələri var idi.

 

“Qlobal sement və tikinti materialları istehsalçısı olan LafageHolcim-in bir hissəsi olaraq biz Azərbaycanda innovativ nailiyyətlərimizi tətbiq edirik. Potensial imkanlarımız hazırda istifadə etdiyimiz imkanlardan daha genişdir. Bizim Liondakı elmi araşdırmalar institutumuz müxtəlif seqmentlə və müştərilərimizin sifarifinə əsasən unikal sement və beton resptləri (tərkibləri) hazırlarlamağa qadirdir. Mən əminəm ki, yerli alimlərin elmi potensialını və LafargeHolcim-in beynəlxalq ekspertizasını birləşdirərək, ölkənin tikinti sənayesinin inkişafına böyük töhfə verə bilərik", - Baş direktor Frederik Guimbal öz çıxışında qeyd etdi.

 

Mənzil tikintisi həcminin artırılması, geniş miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye və iqtisadi potensialın inkişafı üçün imkanların açılması məsələlərini daha səmərəli həll etməyə kömək edən kəmiyyət və keyfiyyət dəyişikliklərinə ehtiyac var. Problemlərdən danışan tədbir iştirakçıları, tədqiqat institutları və biznes şirkətləri arasında koordinasiyanın az olduğunu, elmi-tədqiqat və eksperimental laboratoriya işlərinin yetərli olmadığına toxundular. Həmçinin beynəlxalq standartların tətbiqi və uyğunlaşması ətrafında maraqlı bir müzakirələr aparıldı. Sonda iştirakçılar belə görüşlərin mütəmaddi keçirilməsinin əhəmiyyətli olduğunu və dialoqun faydalı olduğunu vurğuladılar.

 

Xatırladaq ki, Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

04.07.2019 10:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ