Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan İtaliyaya köynək satmağa başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan İtaliyaya köynək satmağa başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Akkord Tekstil” MMC-nin tikiş fabrikində ixrac üçün istehsal edilən köynəklərin ilk partiyasının fevral ayının 25-də İtaliyaya ixracatı gerçəkləşdirilmişdir. Bu barədə “Marja”ya “Akkord Tekstil”dən bildirilib.

 

Xatırladaq ki, “Akkord Tekstil” MMC ilə “DEHA Üretim Pazarlama ve İhracat Ltd” Türkiyə şirkətinin birgə fəaliyyəti nəticəsində “Akkord Tekstil” MMC-nin Ağstafa şəhərində yerləşən tikiş fabrikində avropa standartlarına uyğun köynək istehsal edən yeni tikiş xəttinin quraşdırılma işləri başa çatdırılmışdır. Yeni tikiş xəttinin istifadəyə verilməsi nəticəsində bir ayda 10 000 ədəd köynəyin istehsal edilməsi mümkün olmuş, istehsal edilən məhsulun daxili bazarla yanaşı Avropa İttifaqı ölkələrinə də ixrac edilməsi hədəflənmişdir.

 

Hal-hazırda ayda istehsal həcmini 30 000 ədəd köynəyə qədər artırmaq üçün işlər aparılır.

 

XARİCİ BRENDLƏR ÜÇÜN İSTEHSAL EDƏCƏK

 

“Akkord Tekstil” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi köynəklər “Alesandro Gattuso”, “Coveri, Harrods”, “Tad Williams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respekt” və s. ticarət markaları ilə yerli və xarici bazarlara təqdim edilməsi planlaşdırır.

14.03.2017 08:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ