Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“DAD” süd məhsulları anti-sanitar şəraitdə istehsal edilirmiş - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“DAD” süd məhsulları anti-sanitar şəraitdə istehsal edilirmiş - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sabunçuda antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sexin fəaliyyəti məhdudlaşdırıldı


 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsində antisanitar şəraitdə süd və süd məhsullarının istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan məlumat əsasında AQTA əməkdaşları sözügedən ərazidə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb.

 

Agentlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, fiziki şəxs Məmmədov Ağaverdi Əliəşrəf oğluna məxsus sexdə süd məhsullarının istehsalı zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. 

 

Məlum olub ki, qəbul olunan xammal açıq havada - günəş şüalarının altında saxlanılır və istehsal sahəsinə daşınan zaman temperatur rejimi və daşınma qaydalarına əməl olunmur.

 

Müəssisədə xammal qəbul olunan və süd məhsulları qablaşdırılan emal sahəsində anti-sanitar şəraitin hökm sürdüyü müəyyən edilib.

 

Baxış zamanı istehsal üçün nəzərdə tutulmuş süd məhsullarının plastik vedrələrə yığıldığı və sanitar normalara uyğun olmayan şəraitdə  saxlanıldığı məlum olub.

 

Yoxlama zamanı məhsulların istehsalında qanunsuz olaraq bitki tərkibli qarışıq yağlardan, süd yağı əvəzedicisindən, eyni zamanda “Pimalac” antibiotikindən istifadə edildiyi aşkarlanıb.

 

Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

 

Qeyd edək ki,  Qida Təhlükəsizliyi Agentliyinin yaydığı fotolarda görünür ki, sexdə məhsullar “DAD” markası ilə istehsal olunub.

 

Vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.

04.07.2019 15:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ