Palatadan “Yapı Kredi Bank Azərbaycan” və “Muğanbank” qərarı
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialı və “Muğanbank” ASC-nin “Biləsuvar” filialına verilmiş icazələr ləğv edilmişdir. Bu barədə "Marja"ya Palatadan bildirilib.
Məlumatda qeyd edili ki, Palatanın Direktorlar Şurasının iclasında “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən “İnşaatçılar” filialının bağlanması üçün müraciətinə baxılmış və müsbət qərar qəbul edilmişdir. Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb “Yapı Kredi Bank Azərbaycan” tərəfindən xərclərin optimallaşdırılması göstərilmişdir.
İclasda, həmçinin, “Muğanbank” ASC-nin “Biləsuvar” filialının icazəsinin ləğv edilməsinə dair müraciətinə baxılmışdır. Sözügedən filialın bağlanmasına səbəb olaraq filialın fəaliyyətinin rentabelli olmaması, pərakəndə biznes məhsullarının satışına yönəlmiş müştəri axınının azalması və həmin ərazilərdə cəlb ediləcək korporativ müştərilərin fəaliyyətinin azlıq təşkil etməsi olmuşdur.
Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “İnşaatçılar” filialına Mərkəzi Bank tərəfindən verilmiş 19.02.2015-ci il tarixli №243/17 saylı icazəni və “Muğanbank” ASC-nin “Biləsuvar” filialına 30.05.2012-ci il tarixli №29/28 icazəni ləğv etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 21 saat əvvəl
-
22 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl