Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

10 faizlik təbəqə bütün pulların yarısını qazanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 faizlik təbəqə bütün pulların yarısını qazanır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyada ən yaxşı məvacib səviyyəsində işləyən 10%-lik təbəqə, qlobal olaraq bütün işçilərə ödənilən maaşların 48,9%-ni alır.

 

“Marja” xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Qlobal Əmək Gəlir Payı və Bölgü" hesabatı dərc olunub. Hesabata görə, dünyada ən yaxşı məvacib səviyyəsində çalışan 10%-lik təbəqə, bütün ölkələrdə bütün işçilərə ödənilən ödənişlərin 48,9%-ni alarır. Sonrakı ən yaxşı məvacibli 10%-lik təbəqə də bu pulların 20,1%-ini alır.

 

Qalan işçilərin (qlobal olaraq 80 faiz) ümumi ödənişlərin 31%-ini aldığı bildirilən hesabata görə, ən aşağı maaş səviyyəsində çalışan 50%-lik təbəqə maaşların yalnız  6,4%-ini evinə aparır.

 

Hesabatda, dünyada ən aşağı maaş səviyyəsində çalışan təxminən 650 milyon işçi qlobal ödənişlərin yalnız 1%-ini aldığı və bunun son 13 ildə demək olar ki, dəyişmədiyi bildirilib.

 

BƏT-in hesabatına görə, dünyada ən yaxşı məvacib səviyyəsində çalışan 10%-lik təbəqə aylıq 7 min 445 dollar qazanır, ən aşağı maaş səviyyəsində çalışan 10%-lik təbəqə isə aylıq 22 dollar gəlir əldə edir.

 

2004 - 2017-ci illər arası maaş rəqəmləri istifadə edilərək hazırlanan hesabatda, dünyada ən yaxşı məvacib səviyyəsində çalışan 10 faizlik təbəqənin qlobal pullardan aldığı payın 2004-də 55,5% ikən, bu nisbətin 2017-də 48,9%-ə gerilədiyi də qeyd olunub.

05.07.2019 07:33

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ