Mobil manşet üstü reklam_21

Ağacların təpəsində otel yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağacların təpəsində otel yaradılır

Danimarkada ağacların təpəsində yeni otel yaradılır.

 

 “Løvtag” adlandırılmış otel Yutlandiya adasındadır.

 

Hazırda yalnız bir nömrənin tikintisi başa çatıb, digərlərinin tikintisi isə davam edir.

 

Buna baxmayaraq, təqribən 70 bron qeydə alınıb: səhər yeməyinin də daxil olduğu iki nəfərlik gecələmənin qiyməti 2750 Danimarka kronudur (360 avrodan çox).

 

Yeni otelin sahibi Rasmus Libek səkkiz il əvvəl atası ailəyə məxsus kiçik meşədən əldə olunmuş oduncaq məhsulunun daha qazanc gətirmədiyindən şikayətlənəndə tikintiyə başlamaq qərarına gəlib. O vaxt atası oğluna belə bir istəklə müraciət edib: ağacların təpəsində otel inşa etmək və turistlərə icarəyə vermək olmazmı? Libek deyib: “Nədənsə mən bu ideyadan imtina edə bilmədim. Elə o vaxtdan onun üzərində çalışıram”.

 

Libekin sözlərinə görə, ağacın təpəsində koma ona 1,5 milyon Danimarka kronuna (200 min avrodan çox) başa gəlib. Otaq dizayner mebeli, su kəməri, elektrik enerjisi, tualet və vanna otağı ilə təchiz edilib.

 

Otelin tikintisi və dizaynının yaradılması zamanı Libekə otel nömrələrini layihələndirən berlinli arxitektor və layihənin icrasına 400 min Danimarka kronu ayırmış (53 min avrodan çox) Avropa İttifaqı kömək edib.

 

Libek deyib: “Bu meşədə çox ev tikmək olar. Prinsipcə, əgər başqaları buna bənzər nəsə etmək istəsələr, bu cür evləri başqa yerlərdə də inşa etmək mümkündür”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

05.07.2019 10:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ