Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Mərkəzi Bank növbəti depozit hərracını elan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank növbəti depozit hərracını elan etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

08 İyul 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

 

"Marja" xəbər verir ki, hərrac vasitəsilə 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.

 

Müddət 14 gün, faiz dərəcəsi 6,51% - 8,49% aralığında müəyyən olunub.


01.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 701,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank tərəfindən 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu və bu məbləğu də cəlb etmişdi. Beləliklə, hərracda tələb təklifi 7 dəfədən çox üstələmişdi. 

 

24.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 813,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank tərəfindən 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu və bu məbləği də cəlb etmişdi. Beləliklə, hərracda tələb təklifi 5 dəfədən çox üstələmişdi.

05.07.2019 10:43

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ