Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"AZAL təyyarələrində oğru şəbəkəsi fəaliyyət göstərir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AZAL təyyarələrində oğru şəbəkəsi fəaliyyət göstərir"

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul reysində oğurluq hadisəsi baş verib. 

 

Məlumata görə, Türkiyədə fəaliyyət göstərən aktrisa, Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın çantasındaan 1000 ABŞ dolları oğurlanıb.

 

M.Abbasova açıqlamasında bildirib ki, təyyarəyə minməzdən əvvəl pul çantasında olub: "Mən Bakıda təyyarəyə mindim, sonra çantamı başımın üzərindəki dolaba qoydum. Uçuş müddətində yatmışam və heç nədən xəbərim olmayıb. İstanbulda təyyarədən endikdən sonra pulumun oğurlandığını bildim”.

 

Azərbaycanlı aktrisa faktla bağlı İstanbul Hava Limanındakı təhlükəsizlik orqanlarının əməkdaşlarını məlumatlandırıb: "Onlar son bir ay ərzində AZAL-ın həyata keçirdiyi aviareyslərdə oğurluq hadisəsi ilə bağlı bir neçə müraciətin daxil olduğunu bildirdilər. Eyni zamanda sonuncu dəfə on gün əvvəl bir xanımın çantasından xəstəxanaya ödəmək üçün gətirdiyi 18 000 ABŞ dollarının oğurlandığını söylədilər. Həmin qadın hava limanını ağlayaraq tərk edib". 

 

"Polislər təyyarələrin içində kameralar olmadığı üçün oğurluq hadisəsini törədənlərin tapılmasının qeyri-mümkün olduğunu deyərək yalnız şübhələndiyim biri varsa, məsələnin hüquqi müstəvidə araşdırılması üçün kömək edə biləcəklərini vurğuladılar. Onlar oğruların şəbəkə şəklində fəaliyyət göstərdikləri qənaətindədir", - deyə o qeyd edib.

 

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, oğurluq hadisəsi ilə əlaqədar araşdırma aparılır: "Məsələ ilə bağlı həmin aviareysin baş bələdçisi dindirilməlidir. Bundan sonra hadisə ilə əlaqədar ətraflı məlumat veriləcək”. 

 

O, təyyarənin salonunda kameraların olmadığını da vurğulayıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© "Report"

05.07.2019 12:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ