Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rabitəbank bu dəfə “Rəqəmsal trendlər və Media” təlimini təşkil etdi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rabitəbank bu dəfə “Rəqəmsal trendlər və Media” təlimini təşkil etdi!

(®) Rabitəbank ASC KİV dostları üçün, rəqəmsal mövzuları üzrə silsiləli təlimlərin keçirilməsini davam etdirir.

 

Reklam_3_11

Artıq istənilən sahə rəqəmsallaşmağa doğru gedir və bütün bu proseslər Medianın fonunda ən sürətli şəkildə özünü biruzə verir. Məhz bütün bunlara söykənərək, Rabitəbank 2019-cu ildə təşkil etdiyi tədbir, təlim, workshop, startuplara dəstəyini rəqəmsal mövzular üzərində cəmləyir.

 

Rabitəbank ölkənin texnoloji yeniliklərinə açıq olan və bu istiqamətdə ölkədə ilk dəfə BOT-u tətbiq edən bank kimi növbəti təlimini “Rəqəmsal Trendlər və Media” mövzusu başlığında təşkil etmişdir. Təlimin əsas məqsədi, rəqəmsal trendlər, texnoloji alətlərin mediada tətbiqi və s. buna bənzər mövzuları əhatə etmişdi.

 

Təlim “Rəqəmsal Marketinq və data analitika”, “Rəqəmsal və Texnoloji Media” mövzularının başlığı altında keçirilmiş və qrup müzakirələri ilə davam etmişdi. Texnopolis radio verilişinin aparıcısı İmran Bağırov və Rabitəbankın rəqəmsal məhsullarının inkişafı üzrə meneceri Nazlı Orucova təlimçi qismində çıxış etmişdi.

 

Daha sonra, Rabitəbankın baş direktoru Ziya Nuriyev media nümayəndələrinə bankın gələcək rəqəmsal planları ilə bağlı məlumatlandırmış və KİV ilə daim dost mövqeyində olan Rabitəbankın, media nümayəndələri üçün bu kimi təlimlərini silsiləli şəkildə davam edəcəyini bildirmişdir. Təlimin sonunda Z. Nuriyev təlim iştirakçılarına sertifikatlar təqdim etmişdi.

 

İlk müstəqil banklardan biri olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid  www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

05.07.2019 11:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ