Antisanitar şəraitdə dondurma istehsal edən müəssisə ifşa olundu

Qida Təhlükəsizliyi Agentliyinə Mingəçevir şəhəri, M.Rəhimov küç. 81A ünvanında fiziki şəxs Əliyev Məhəmməd Yaqut oğluna məxsus antisanitar şəraitdə dondurma istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

 

Agentlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.

 

Dondurma istehsalı müəssisəsində ventilyasiya sisteminin təmin edilmədiyi və istehsal sahəsində antisanitar şəraitin hökm sürdüyü aşkar edilib.

 

Müəssisədə istifadə olunan çənlərin və avadanlıqların dezinfeksiyasının aparılmadığı, qida məhsulları ilə birbaşa təmasda olan ləvazimatların yeyinti sənayesində istifadə olunmasının qadağan olunduğu müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal, su, vafli və digər inqridiyentlərin laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı aşkarlanıb.

 

Aşkar olunan nöqsanlar əsasında dondurma istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

 

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.

5 İyul 2019 , 16:12   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin